Xəbərlər

Azərbaycan çempionatında finala yüksələn boksçular məlum oldu
11 yanvar, 2013 22:37

 

"Sərhədçi" İdman Olimpiya mərkəzində keçirilən boks üzrə böyüklər arasında Azərbaycan çempionatında finalçılar məlum olub.
 Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, yarımfinal mərhələsində bir çox döyüşlər gərgin mübarizə şəraitində keçib. 56 kq çəki dərəcəsində İlkin Ağayevlə təcrübəli Rəhim Nəcəfovun döyüşü böyük maraq doğururdu. Ancaq artıq 1-ci raundda Nəcəfovun qaşı partladığından hakimlər döyüşü dayandırmalı olublar. Ağayev finalda 2007-ci ilin dünya çempionatının bürünc mükafatçısı Samir Məmmədovla üz-üzə gələcək. Məmmədov finala gedən yolda 19-22 yaşlılar arasında Avropa çempionatının bürünc mükafatçısı Cavid Çələbiyevi məğlub edib - 21:15.
60 kq çəki dərəcəsində də finalda iki favorit üz-üzə gələcək. Yeniyetmələrin ilk Olimpiya Oyunlarının gümüş, ötən il keçirilən 19-22 yaşlıların Avropa çempionatının qalibi Elvin İsayev həlledici görüşdə gənclər arasında dünya çempionu Şaban Şahpələngovla qarşılaşacaq.
64 kq çəki dərəcəsində Heybətulla Hacəliyevin finalda Romal Amanova rəqib olacağı gözlənilsə də, bu baş tutmayıb. Belə ki, "Qızıl Əlcək" klubunun üzvü Tapdıq Bayramov yarımfinalda 2005-ci ilin dünya çempionatının gümüş mükafatçısı Amanovu 14:11 hesabı ilə məğlub edib.
Tamerlan Abdullayevlə Qismət Eynullayevin (69 kq) döyüşü erkən final kimi qiymətləndirilirdi. 11:7 hesabı ilə qalib gələn Abdullayev finalda Elnur Süleymanovla görüşəcək.
London Olimpiadasının iştirakçısı Soltan Migitinovla 2011-ci ilin dünya çempionatında ölkəmizi təmsil etmiş Emil Əhmədov arasında qarşılaşma da yarımfinalın ən maraqlı döyüşlərindən olub. Yavaş-yavaş əvvəlki formasını bərpa edən Migitinov 15:7 hesabı ilə qələbə qazanıb. O, finalda Eldar Quliyevi məğlub etməyə çalışacaq.
81 kq çəki dərəcəsində də final görüşü maraqlı olacaq. London Olimpiadasının iştirakçısı Vətən Hüseynlini gənclər arasında Avropa çempionu Rauf Rəhimov dayandırmağa çalışacaq.
Finala da mübarizəsiz yüksələn Olimpiya Oyunlarının bürünc, dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov növbəti dəfə ən güclü olduğunu sübut etmək üçün "Baku Fires" klubunun üzvü Abdulqadir Abdullayevi məğlub etməlidir.
Final döyüşləri yanvarın 12-də saat 12:00-da başlayacaq.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.