Xəbərlər

Bakıda məşhur britaniyalı heykəltəraş Ceyn MakAdam Freydin “Ailə dəyərləri” mövzusunda sərgisi açılmışdır
11 yanvar, 2013 21:50

 

 “Gazelli Art House” müasir incəsənət qalereyasında məşhur britaniyalı heykəltəraş və rəssam, psixoanalizin yaradıcısı - görkəmli Avstriya psixoloqu Ziqmund Freydin nəticəsi Ceyn MakAdam Freydin “Ailə dəyərləri” mövzusunda sərgisinin aşılı olmuşdur. Martın 6-dək davam edəcək sərgidə əvvəllər Londonun “Gazelli Art House” qalereyasında nümayiş olunan əsərlər təqdim edilir. 
 1981-ci ildə Londonda Müqəddəs Martin adına Mərkəzi İncəsənət və Dizayn Kollecinin bakalavr pilləsini başa vuran Ceyn MakAdam Freyd daha sonra Romada Britaniya medalyer incənəti mükafatı təqaüdünə layiq görülmüş və 1995-ci ildə Kral İncəsənət Kollecinin magistr dərəcəsini bitirmişdir.
Yanvarın 11-də “Gazelli Evi”nin konfrans zalında keçirilmiş mətbuat konfransında “Gazelli Art House” qalereyalar şəbəkəsinin təsisçisi və direktoru  Freydin yaradıcılığından, dünyanın müxtəlif muzey və qalereyalarının, o cümlədən Londondakı Viktoriya və Albert Muzeyinin və Nyu-Yorkun Bruklin Muzeyinin daimi kolleksiyalarında saxlanılan əsərlərindən danışmışdır. Hazırda Ceyn Müqəddəs Martin adına kollecində mühazirələr oxuyur və Londonun bir sıra təhsil müəssisələrində dərs deyir. 
Ceyn MakAdam Freydin sözlərinə görə, əsasən heykəltəraşlıq əsərlərinin nümayiş olunduğu sərginin adı onun “ailə dəyərləri” konsepsiyasını əks etdirir və bu, praqmatik əsrimizdə onun üçün böyük əhəmiyyət daşıyır. O demişdir ki, insan gildən yaranmışdır və dünyada öz yolunu başa vuraraq yenidən torpağa qayıdır. Tanınmış əcdadının baxışları, o cümlədən psixoanaliz fəlsəfəsi rəssamın yaradıcılığına böyük təsir göstərmişdir. Ceynin seçdiyi sənət onun ömür yolu kimi irəlicədən müəyyənləşmişdir: Ceynin atası Lüsyen Freyd portret janrı ustasıdır, “qeyri-şüuru nəzəriyyənin” atası sayılan Ziqmund Freyd isə gözəllik xiridarı olmuş, heykəltəraşlıq əsərləri kolleksiyası yaratmışdır. 
Bakı haqqında təəssüratları ilə bağlı sualları cavablandıran Freyd şəhərin görməli yerləri ilə tanış olmağa hələ imkan tapmadığını, lakin buradakı qədim Şərq və müasir Qərb arxitekturası sintezinin, insanların bir-biri ilə münasibətlərindəki hörmət və ehtiramın - Britaniya cəmiyyətində, təəssüf ki, artıq əhəmiyyətini itirmiş bu ali keyfiyyətin onu heyrətləndirdiyini qeyd etmişdir.
Britaniyalı heykəltəraş, həmçinin bildirmişdir ki, yanvarın 12-də incəsənət həvəskarları üçün seminar keçirəcəkdir. 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.