Azərbaycanda ötən il 37 otelin ulduz kateqoriyası müəyyənləşdirili
11 yanvar, 2013 21:41
Ötən il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda 81 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, ötən il 60 hüquqi və fiziki şəxsə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Bununla yanaşı, 2012-ci il müddətində 37 mehmanxana və mehmanxana tipli obyekt dövlət təsnifatından keçirilib. Onlardan 11-nə 5 ulduz, 20-nə 4 ulduz, 4-nə 3 ulduz, 2-nə 2 ulduz kateqoriyası verilib.