Xəbərlər

Bu gün tarixdə hansı hadisələrlə yadda qalıb?
09 yanvar, 2013 10:31

1792 — Türkiyə və Rusiya arasında Yassı sülh sazişi imzalanıb.

1873 — Fransa imperatoru III Napoleon vəfat edib.

1890 — Çex yazıçısı, robot sözünün müəllifi Karel Çapek anadan olub.

1905 — Peterburqda “Qanlı bazar günü”. Hökumət qüvvələrinin dinc nümayişçiləri atəşə tutması nəticəsində 130 nəfər həlak olub, 300 nəfər yaralanıb (statistika ziddiyyətlidir).

1913 — ABŞ prezidenti Riçard Nikson anadan olub. 

1919 — İstanbul. ADR-in xarici işlər naziri Əlimərdan bəy Topçubaşovla görüş zamanı İranın xarici işlər naziri müşaverel məmalik Əliqulu xan “Azərbaycanın problemlərindən çıxış yolu” kimi İranla birləşməyi məsləhət görüb.

1939 — Fransium radioaktiv elementi alınıb.

1949 — Azərbaycanlı aktyor İlham Namiq Kamal anadan olub. 

1951 — BMT-nin Nyu-Yorkdakı mənzil qərargahı rəsmi mərasimlə açılıb.

1958 — Roma papası II İohan Paveli öldürməyə cəhd etmiş şəxs Mehmet Ali Ağca anadan olub. 

1960 — Sovet İttifaqının texniki dəstəyi ilə Misirdə Asuan bəndinin tikintisinə başlanılıb. Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy burada tərcüməçi kimi çalışmışdır.

1991 — Azərbaycanın Milli Qəhrəmanı, jurnalist - Salatın Əsgərova Birinci Qarabağ müharibəsinin qızğın dövründə növbəti reportajını hazırlamaq üçün Şuşaya yollanarkən Laçın - Şuşa yolunun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin qəfil hücumu nəticəsində şəhid olub.

1992 — Serbiya Respublikası müstəqilliyini elan edib.

1996 — Salman Raduyevin başçılıq etdiyi dəstə Dağıstanın Kizlyar şəhərində 3000-dən çox insanı xəstəxanaya toplayaraq girov götürüb.

2005 — Mahmud Abbas Fələstin Muxtariyyətinin başçısı seçilib.

 

Bu günün namaz vaxtları 


Fəcr - 06.48 
Günəş - 08.03 
Zöhr - 12.51
Əsr - 15.35 
Məğrib - 17.47 
İşa - 19.08

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.