Ermənistan silahlıları dünən və bu gecə bir neçə istiqamətdə atəşkəsi pozublar
09 yanvar, 2013 10:26
Ermənistan silahlıları dünən və bu gecə bir neçə istiqamətdə atəşkəsi pozublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Çaylı, Ağdam rayonunun Şıxlar və Şuraabad, Füzuli rayonunun Qorqan və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.