Türkiyədə güclü zəlzələ əhalini təşvişə saldı
09 yanvar, 2013 10:23
Türkiyənin şimal-qərb sahilində baş vermiş yeraltı təkanların gücü 6,2 bal təşkil edib. Bu barədə məlumatı Türkiyənin seysmoloji xidməti yayıb.
Qeyd edək ki, bir qədər əvvəl KİV-lər ABŞ Geoloji xidmətinin məlumatına istinadən zəlzələnin gücünü 5,8 bal göstərmişdi. Türkiyə seysmoloqlarının məlumatına görə isə, 6,2 bal gücündə olan zəlzələnin episentri Egey dənizində, Əzinə şəhərinin 67 kilometrliyində qeydə alınıb.
Məlumata görə, zəlzələnin dərinliyi 9,9 km təşkil edib. Sunami xəbərdarlığı elan olunmayıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.