Xəbərlər

Ukrayna aviaşirkəti Azərbaycana uçuşları dayandırır
09 yanvar, 2013 19:27

Müflisləşməyə başlayan Ukraynanın "AeroSvit" aviaşirkəti 2013-cü ilin fevralından Kiyev-Bakı marşrutu üzrə aviareyslərin həyata keçirilməsini dayandıracaq. Bu barədə  aviaşirkətin Bakı nümayəndəliyindən məlumat verilib. 

 

Nümayəndəlikdən deyildiyi kimi, aviaşirkət bu marşrut üzrə uçuşları bu il yanvarın sonuna kimi həyata keçirəcək.

"Kiyev-Bakı marşrutu üzrə aviareyslər bu ayın sonunadək həyata keçiriləcək. Fevraldan aviaşirkət Bakıya uçuşları dayandıracaq", - nümayəndəlikdən bildiriblər.

Həmçinin nümayəndəlikdən qeyd ediblər ki, fevraldan Kiyev-Bakı marşrutu üzrə Ukraynanın digər aviaşirkəti - "Ukrayna Beynəlxalq Aviaşirkəti" (UBA) işləyəcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanından  deyildiyi kimi, Ukrayna şirkətində yaranan maliyyə problemləri ilə əlaqədar Bakıya aviareyslər yubanmalarla həyata keçirilir.

Habelə, aeroportdan bildiriblər ki, UBA artıq Bakıya aviareyslər həyata keçirir. Bu aviaşirkətin təyyarələri Bakıdan Kiyevə bazar ertəsi, cümə axşamı və şənbə günləri Bakı vaxtı ilə saat 09:35-də yola düşür.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.