Yeni planetlər tapıldı
09 yanvar, 2013 19:26
Amerikalı və avropalı astronomlar Veqa və Fomalqaut ulduzlarının yaxınlığında asteroid qurşaqlarını aşkarlayıblar.
Bu qurşaqların arxasında çoxsaylı planetlərin olduğu istisna olunmur.
Astrophysical Journal-a istinadən bildirilir ki, ulduzların parıltısı onların ətrafındakı toz disklərini normal görməyə imkan vermir. Lakin toz diski infraqırmızı diapazonda aşkar görünür.
"Spitser" ıə "Gerşel" kosmik rəsədxanalarından alınan məlumatlar da belə disklərin Fomalqaut ilə Veqa ulduzlarının ətrafında olduğunu göstərib.
Fomalqautun ətrafındakı toz diski soyuq, Veqanın diski isə istidir.
Veqa və Fomalqaut ulduzları Yerdən 25 işıq ili məsafəsindədir.