Xəbərlər

Azərbaycanın Hava Hücumundan Müdafiə Sistemi hazır vəziyyətə gətirilib
08 yanvar, 2013 12:22

 

Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunları ölkənin işğal altındakı bölgələri də daxil olmaqla bütün hava sahəsini nəzarətdə saxlayır. Bu barədə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının adının çəkilməsini istəməyən yüksək rütbəli əməkdaşı məlumat verib.

Onun sözlərinə görə, istifadədə olan radiolokasiya sistemləri vasitəsi ilə bütün hava məkanında baş verənlər fasiləsiz olaraq nəzarətdə saxlanılır. Qeyd olunan istiqamətdə Azərbaycan Ordusu qarşı tərəfin istənilən cəhdini önləmək üçün döyüşə hazır vəziyyətdədir: “Hətta Qarabağ səmasında ermənilərin havaya qaldırdıqları pilotsuz aparatları belə tərəfimizdən qeydə alınır. Ermənilərin bu ərazidə icazəsiz uçuşlar keçirmək cəhdlərinin qarşısı istənilən halda alınacaq. Biz bütün prosesləri nəzarətdə saxlayırıq və hər an önləməyə hazırıq. Bu müxtəlif vasitələrlə mümkündür, qarşı tərəf özü də bunu yaxşı bilir”.

Zabitin sözlərinə görə, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar da ölkənin beynəlxalq səviyyədə tanınmış hava məkanının pozulması cəhdlərinə qarşı tədbirlər görülməsinə imkan verir: “Azərbaycanın öz addımlarını əsaslandırması üçün faktiki olaraq hüquqi baza mövcuddur”.

Qeyd edək ki, ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı aeroportunu bərpa edib. Bu günlərdə isə Dağlıq Qarabağdakı separatçı rejimin "baş naziri" yaxın vaxtlarda hava limanında texniki uçuşlara başlanılacağını bəyan edib.

İrəvandan Xankəndinə reyslərin təşkili üçün alınmış təyyarənin artıq Ermənistana gətirildiyi da açıqlanıb. Azərbaycan tərəfi isə rəsmən bəyan edib ki, Xocalı aeroportuna icazəsiz uçuşların qarşısı alınacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.