Düşmən cavab atəşi ilə susdurulmuşdur
08 yanvar, 2013 11:47
Erməni silahlı bölmələri yanvarın 7-də və 8-də gecə Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndində, Azərbaycan Respublikasının Ağdam rayonunun işğal olunmuş Şıxlar və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, düşmən cavab atəşi ilə susdurulmuşdur.