Xəbərlər

Bakı Metrosunda yeni vaqonlar istifadəyə verildi
08 yanvar, 2013 17:14

 

Publika.Az-ın məlumatına görə, 5 vaqondan ibarət yeni qatar yanvarın 1-dən istismara verilib və 6 ay müddətində Bakı metrosunun xətlərində sınaq müddəti keçəcək. Yeni vaqonların alınması ilə bağlı bu ilin yayında, 6 aylıq sınaq müddəti başa çatdıqdan sonra qərar veriləcək.

Xatırladaq ki, 2 gün əvvəl Bakı Metropoliteni vaqon parkının yenilənməsi istiqamətində dünyanın aparıcı şirkətlərinin məhsulları arasında seçim aparılması və operatorun seçilməsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda inşa olunan yeni xətlər yalnız müasir standartlı vaqonlarla təchiz olunacaq. Hazırda Rusiyanın “Transmaşholdinq”in yeni vaqonlarının Bakıda sınanmasına başlanacağı gözlənilir. Bu məqsədlə rusiyalı vaqon istehsalçıları ilk əvvəl Bakıya sınaq məqsədilə 5 yeni vaqon təqdim edəcək. Yaxın günlərdə “Transmaşholdinq”in istehsalı olan və “Oka” adı ilə də tanınan yeni tipli 81-760/761 vaqonları Bakıya çatdırılacaq.
 
“Sınaq üçün göndərilən vaqonlar qəhvəyi, qapıları isə qırmızı rəngdə olacaq. Bu, vaqonların estetik görkəmdə olmasını, amma bununla belə tunel şəraitində istismar ediləcəyini nəzərə alsaq, hələlik optimal variantdır”, - deyə Metropolitendən bildirilib.
 
Qeyd edək ki, bu vaqonların istismarı ilə bağlı bir qrup mütəxəssis – maşinist və maşinist-təlimatçı təcrübə mübadiləsi üçün Moskvaya ezam olunublar. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.