Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulunun vaxtı açılanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Magistratura şöbəsinin müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında qəbulun bu il fevral ayında aparılacağını deyib. Onun sözlərinə görə, bu il də qəbul imtahanları iki mərhələdə keçiriləcək. İmtahanın I mərhələsi mart ayında, II mərhələsi iyunda keçiriləcək.
"I mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səyyəsi test üsulu ilə yoxlanılacaq. Tələbləri yerinə yetirən bakalavrlar II mərhələdə iştirak hüququ qazanacaqlar. Bu mərhələdə isə onların seçdikləri qəbul proqramları üzrə ixtisas bilikləri test üsulu ilə yoxlanılacaq".
N.Əliyev həmçinin bildirib ki, bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı verən bakalavrların rus və ingilis dilində yazdığı esselərin qiymətləndirilməsində xarici ekspertlər iştirak edəcəklər. "Hazırda bununla bağlı danışıqlar aparılır".