Xəbərlər

Arnold Şvartseneqqer sevincək olub
08 yanvar, 2013 14:54

 

Tanınmış Hollivud ulduzu Arnold Şvartseneqqer Kaliforniyaya rəhbərliyi ilə əlaqədar 7 illik fasilədən sonra böyük kinoya qayıtmağına çox sevinir. Aktyor jurnalistlərə etiraf edib ki, özünün "I`ll be back", yəni "Mən qayıdacağam" kəlməsini gerçəkləşdirə bilməyəcəyindən çox qorxurdu. Bu qorxuya isə Arninin kinodan uzaqlaşdığı müddətdə "action" janrında yeni istedadlı aktyorların ortaya çıxması və qayıtdıqda ona yer tapılmayacağını düşünməsi əsas verib. Xoşbəxtlikdən, aktyorun narahatlığı əbəs olub.

Onun kinoya qayıdışı uğurlu oldu. "Tamaşaçılar mənim 4 saat vaxt sərf edərək çəkildiyim "Ramedilməz" filmindəki qəhrəmanı alqışlayanda başa düşdüm ki, auditoriya məni geri qəbul etdi", - Arnold Şvartseneqqer belə deyib. Arni həm də ümid edir ki, "Son döyüş: Qəhrəmanın qayıdışı" adlı filmdə uzun fasilədən sonra oynadığı ilk baş rol da uğurlu olacaq. Şvartseneqqer həmçinin "action" janrında filmlərdən imtina etmək niyyətində olmadığını deyib.

O, hazırda Amerikada ən ciddi problemlərdən birinə - kütləvi qətllərə də toxunub və bildirib ki, çoxlu atəş açılan və qan su yerinə axan filmlərin bu cür hadisələrə heç bir aidiyyatı yoxdur.

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.