Yanvarın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin “Madam Batterflyay” (“Çio-Çio-San”) operasının tamaşası göstəriləcəkdir.
Teatrın mətbuat xidmətindən bildirmişlər ki, tamaşada əsas partiyaları ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri – Belarusun Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yelena Bundeleva (Çio-Çio-San) və bu ölkənin Xalq Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Sergey Frankovskiy (Pinkerton) dəvət olunmuşlar.
Tamaşada, həmçinin Azərbaycanın Xalq Artisti, vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsinin laureatı Əvəz Abdullayev (Şarples) və Əməkdar Artist Səbinə Vahabzadə (Suzuki) iştirak edəcəklər.
Tamaşanı Xalq Artisti, professor Yalçın Adıgözəlov idarə edəcəkdir.