Məşhur fransız aktrisa: Filləri öldürsəniz, Rusiya vətəndaşı olacağam
07 yanvar, 2013 21:10
Məşhur fransız aktrisası və heyvan haqlarının müdafiəçisi Bricit Bordo ölkədə fillərin öldürülüməsinə qarşı sərt reaksiya göstərib, 77 yaşlı aktrisa Lion Heyvanat Bağçasında yaşayan iki filin öldürüləcəyi təqdirdə, Jerar Depardye kimi ölkə vətəndaşlığından imtina edəcəyini açıqlayıb.
"Əgər 42 yaşlı Bebi və Nepal adlı iki fil öldürülrsə, Rusiya vətəndaşlığı üçün müraciət edəcəyəm" , - o qeyd edib.
Heyvanat Bağçasının rəhbərliyi tuberklyoz səbəbindən fillərin öldürülməsi barədə qərar verib. Bu qərara etriaz edən aktrisa ölkənin heyvan məzarlığına çevvrildiyini bildirib. O, bunun qarşısını almaq üçün Fransa Prezidenti daxil olmaqla, bir çox səlahiyyətli şəxslərə müraciət edib.