Xəbərlər

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək
07 yanvar, 2013 20:54

 

Bir necə gün davam edən nisbətən mülayim qış havasından sonra Bakıda və Abşeron yarimadasında yanvarın 9-da hava şəraitinin kəskin dəyişiləcəyi gözlənilir. Bu barədə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, havanın temperaturu ötən günlərlə müqayisədə yanvarın 9-da və 10-da 5-10 dərəcə enəcək. Yanvarın 9-u axşam saatlarında və 10-da gün ərzində, yanvarın 11-i səhərədək hava fasiələrlə yağıntılı olacaq. Bu proses sulu qarla başlayacaq. Yanvarın 10-da gün ərzində arabir qar yağacaq. Eyni zamanda, bu proses şimal küləyinin güclənməsi ilə müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 15-20, arabir 25 metrə çatacaq. Havanın temperaturu yanvarın 9-da gecə 0-2 dərəcə isti, gündüz 2-4 dərəcəyə yaxın isti olacaq. Tağıyeva deyib ki, yanvarın 10-da gecə və gündüz saatlarında eyni temperatur müşahidə olunacaq. Həmin gün 1 dərəcə istidən 2 dərəcəyədək şaxta proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında isə bu proses yanvarın 8-i axşam şimal və qərb rayonlarından başlayacaq və yanvarın 11-i səhərədək davam edəcək.

Hava fasilələrlə yağıntılı olacaq, sulu qar və qar yağacaq. Yağıntıların vəzi rayonlarda intensivləşəcəyi də proqnozlaşdırılır.

Temperaturun kəskin aşağı enməsi, havanın şaxtalı olması ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.