Xəbərlər

Bakı metrosunun sərnişinləri üçün xoş xəbər
07 yanvar, 2013 20:50

 

Bakı Metropoliteni "Tranmaşholdinq" QSC-nin istehsalı olan beş vaqonun sınaqdan keçirilməsinə başlayıb. Bu barədə bazar ertəsi Bakı Metropolitenindən bildirilib.

Məlumata görə, 81-760/761 seriyasından olan beş vaqon artıq Bakı Metropoliteninin xətlərində sınaqdan keçirilir.

"Yeni vaqonların sınaqdan keçirilməsi və Bakı Metropoliteninin xətlərinə uyğunlaşdırılması altı ay ərzində həyata keçiriləcək", - Metropolitendən bildirilib.

Məlumata görə, artıq bu tip vaqonlardan Moskva metrosunda istifadə olunur. Bakı Metropoliteni hələ bu tip vaqonlar almayıb, hələlik yalnız onların sınaqdan keçirilməsi prosesi aparılacaq. Yeni vaqonların uğurla tətbiq olunacağı və dövlət büdcəsindən vəsait ayrılacağı halda onları almaq mümkün olacaq.

Bununla yanaşı, qərar qəbul ediləcəyi halda yeni xətlər üçün yeni tipli vaqonlar alınacaq. "Hələlik yeni xətlərin tikintisi prosesi getdiyindən vaqonlar köhnə xətlərdə sınaqdan keçirilir", - Metropolitendən bildirilib.

Yeni qatarlar iqlim nəzarəti və havanın dezinfeksiya edilməsi sistemləri, həmçinin sərnişin salonunun və maşinist kabinələrinin istilik sistemləri ilə təchiz edilib.

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.