Xəbərlər

Azərbaycanın “Eurovision-2013” təmsilçisinin müəyyənləşdirilməsi üçün milli seçimlərin üçüncü həftəsi başlayır
07 yanvar, 2013 20:27

Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşdirilməsi məqsədi ilə milli seçim turu davam etdirilir.
Yanvarın 7-dən başlayaraq həftə ərzində İctimai Televiziyanın canlı efirində “Eurovision-2013”-də Azərbaycan adından çıxış etmək arzusunda olan daha 9 iştirakçı özünü seçimlərdə sınayacaqdır. Bu, milli seçimlərin üçüncü həftəsidir və bu mərhələ 8 həftə davam edəcəkdir. 
Hər il olduğu kimi, bu il də prosedurlar eyni qaydada həyata keçirilir. Hərfə içi hər gün axşam müəyyən olunmuş həftələrdə çıxış edəcək namizədlər öz performanslarını nümayiş etdirəcəklər. Cümə günü isə beş günün qalibi müəyyənləşdiriləcəkdir.
“Eurovision-2013”-ün milli seçim turunun bu gündən başlayan üçüncü həftəsinin 9 iştirakçısının adı məlumdur. Bunlar “Avantage” qrupu, Fərəh Hadıyeva, Məhrəm Qurbanzadə, Zəka Zeynalov, Adil Baxışlı, Ülviyyə Baxışova, Oksana Rzayeva, Elton İbrahimov və Vüqar Əliyevdir.
İştirakçılar bazar ertəsi “Eurovision” hitlərinə, çərşənbə axşamı Azərbaycan estradasına, çərşənbə dünya hitlərinə, cümə axşamı səhnə şousuna müraciət edəcəklər. Cümə günü sərbəst gündür. İştirakçı ilk dörd gün ifa etdiyi mahnılardan birini həmin gün yenə oxuya bilər. 
Həftənin qalibi həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə müəyyənləşdiriləcəkdir

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.