Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişmişdir
07 yanvar, 2013 18:47
Dünya bazarlarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişmişdir.
Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,17 dollar qalxaraq 93,09 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,83 dollar düşərək 111,31 dollar olmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən AzərTAc-a bildirmişlər ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,90 dollar enərək 114,45 dollara satılmışdır.