“Şəfa” stadionunun qarşısındakı yolda avtomobillərin hərəkəti dayandırılmışdır
07 yanvar, 2013 11:43
Paytaxtda tunel tikintisi ilə bağlı “Şəfa” stadionunun qarşısındakı avtomobil yolu bağlanmışdır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirmişlər ki, Heydər Əliyev prospekti ilə M.Nərimanov küçəsinin kəsişməsində yeraltı tunel tikintisi ilə əlaqədar prospektdəki kənar yolun hər iki hərəkət hissəsi müvəqqəti bağlanmışdır.