Xəbərlər

Hazırda əsas güc 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarının yüksək səviyyədə təşkil olunmasına yönəldilmişdir
07 yanvar, 2013 18:03

 

Azərbaycanın paytaxtı Bakı 2015-ci ildə keçiriləcək birinci Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcəkdir. Bunu nəzərə alaraq əsas güc bu mötəbər yarışın yüksək səviyyədə təşkil olunmasına yönəldilmişdir.
Bu sözləri ERtv-yə müsahibəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov demişdir. 
Bildirmişdir ki, hazırda bəzi əcnəbi informasiya saytlarında Bakının 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməsi haqqında yazılar yerləşdirilir. Bu barədə danışmaq hələ tezdir. Çünki 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkənin adı cari ilin payızında açıqlanacaqdır. 
R.Abbasov qeyd etmişdir ki, Bakı birinci Avropa Olimpiya Oyunlarını yüksək səviyyədə təşkil etdikdən sonra paytaxtımızın irihəcmli yarışlara, xüsusilə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün şansları artacaqdır. Təbii ki, Bakının 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməsi haqqında qərar da Milli Olimpiya Komitəsinin prezidenti tərəfindən qəbul olunur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.