Prezident Vladimir Putin məşhur fransız aktyoru Jerar Depardyeyə Rusiya vətəndaşlığına dair pasportu təqdim etmişdir
06 yanvar, 2013 14:17
Rusiya Prezidenti Vladimir Putin məşhur fransız aktyoru Jerar Depardyeni Soçidə qəbul edərək ona Rusiya vətəndaşlığına dair pasportu təqdim etmişdir.
Ötən il dekabr ayının sonlarında Vladimir Putin Jerar Depardyeni Rusiyada görmək arzusunda olduğunu bildirmişdir. Yeni ilin yanvar ayında isə Rusiya Prezidenti aktyora bu ölkənin vətəndaşlığına dair pasportun verilməsi barədə sərəncam imzalamışdır.
Xatırladaq ki, Jerar Depardye Fransa hökumətinin varlı adamlardan tutulan verginin artırılması siyasətinə etiraz əlaməti olaraq bu ölkənin vətəndaşlığından imtina etmişdir.
Rusiyada ümumi gəlirdən 13 faiz vergi tutulur.