Tanınmış kino aktyoru Şahmar Ələkbərovun xatirəsi yad edilmişdir
31 dekabr, 2012 13:54
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış kino aktyoru, Xalq Artisti Şahmar Ələkbərovun 70 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə universitetin prorektoru Gülşən Əliyeva-Kəngərli, professor Aydın Dadaşov, səhnə danışığı kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı görkəmli aktyorun mənalı ömür yolundan, zəngin yaradıcılığından, kino sənətimizin inkişafında xidmətlərindən danışmışlar.
Qeyd edilmişdir ki, aktyor ayrı-ayrı kinofilmlərdə maraqlı obrazlar yaratmışdır.
Tədbirdə digər çıxış edənlər də Ş.Ələkbərovun sənətkarlıq bacarığından, mədəniyyətimizə, incəsənətimizə verdiyi töhfələrdən söz açmışlar.