19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirə turniri üçün heyəti açıqlanmışdır.
AFFA-dan AzərTAc-a bildirmişlər ki, heyətdə Eyyub Əliyev (“Simurq”), Polad Mirzəzadə (“Lokomotiv”, Bakı), Elməddin Məmmədov (AZAL), Namiq Ələskərov (“Bakı”), Kamran Abdullazadə (“Xəzər-Lənkəran”), Sadiq Quliyev, Cəfərov Hümbət (hər ikisi “Qəbələ”), Şirməmməd Məmmədov “Qəbələ”, Şamil Cəmalləddinov, Orxan Əliyev, Ruslan Nəsirli (hamısı “Sumqayıt”), Adil Nağıyev, Coşqun Diniyev ( hər ikisi “İnter”), Budaq Nəsirli (“Turan”), Kənan Manafov (“Neftçi”), Tural Rzayev (“Qarabağ”), Elvin Bədəlov (“Zenit”, Rusiya), David Qarayev – (“Qupkin”, Rusiya), Vəkil Talıbov (“Antalyaspor”, Türkiyə) və Seyran Məmmədov (“Krılya Sovetov”, Rusiya) yer almışlar.