Xəbərlər

Yanvarın 1-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
31 dekabr, 2012 12:30

 

Bakıda və Abşeron yarımadasında

havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Temperatur gecə 0-3° isti, gündüz 5-9° isti olacaqdır.
Bakıda gecə 0-2° isti, gündüz 6-8° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 70-80 faiz təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər duman olacaqdır. 
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda 7-12° şaxta, gündüz 1-6° isti olacaqdır.

Naxçıvan Muxtar Respublikasında

havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Temperaturun gecə 3-8° şaxta, gündüz 4-8° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında

havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 7-12° şaxta, gündüz 1-6° isti olacaqdır.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperaturun gecə 0-4° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında

havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman, çiskin olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 11-15° şaxta, gündüz 2° şaxtadan 3° -dək isti olacaqdır.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaqdır.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında

havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 0-3° isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 1-dən 03-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

AzərTAc

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.