Azərbaycanın səhiyyə sistemində müasir informasiya texnologiyaları tətbiq edilir
31 dekabr, 2012 12:23
Azərbaycanda müasir informasiya texnologiyalarının səhiyyə sisteminə tətbiq edilməsi sahəsində əhəmiyyətli işlər görülmüşdür. Səhiyyə Nazirliyinin rəsmi internet saytında “Elektron xidmətlər” bölməsi yaradılmışdır. Bu bölmədə artıq 11 elektron xidmət fəaliyyət göstərir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bununla yanaşı, “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində “Vətəndaşların elektron sağlamlıq kartı” sistemi də fəaliyyətə başlamışdır. Hazırda kadrların vahid registri, yoluxucu xəstəliklərin elektron müşahidə sistemi, dərman maddələrinin dövriyyəsi, təcili tibbi yardım stansiyasının dispetçer xidməti və s. sahələrdə elektron proqramlardan istifadə olunur.