Xəbərlər

Fransada Azərbaycanla bağlı növbəti radio verilişi Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuşdur
31 dekabr, 2012 11:11

Strasburqda fəaliyyət göstərən “Azərbaycan evi”nin təşkilatçılığı ilə ayda bir dəfə fransız dilində efirə çıxan və Azərbaycana həsr olunan radio proqramının növbəti verilişi səslənmişdir. 
AzərTAc xəbər verir ki, budəfəki veriliş 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuşdur. 
Verilişin aparıcıları Mustafa Alınca və Elvin Abbasbəyli dünyadakı azərbaycanlıların doğma vətənləri ətrafında sıx birləşmələri ideyasının ulu öndər Heydər Əliyevə məxsus olması barədə fransız dinləyicilərinə məlumat vermişlər. 
Verilişdə Prezident İlham Əliyevin Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciəti də səsləndirilmişdir.
Aparıcılar, həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın doğma vətənləri ətrafında daha sıx birləşmələri və təşkilatlanmaları üçün Azərbaycan dövlətinin diqqət və qayğısından danışmışlar. 
Verilişdə dünya Azərbaycanlılarının Həmrəylik Gününün müxtəlif ölkələrdə qeyd olunduğu da bildirilmişdir. 
Azərbaycanda son günlər baş verən hadisələr barədə məlumatın səsləndirildiyi verilişdə ənənəvi olaraq ölkəmizdə nəşr olunan qəzetlərin xülasəsinə də yer verilmişdir. Verilişdə AzərTAc-ın yaydığı xəbərlərdən də geniş istifadə olunur. 
Azərbaycanla bağlı növbəti radio verilişi 2013-cü il yanvarın 20-də efirə çıxacaqdır. Həmin veriliş 20 Yanvar faciəsinə həsr olunacaqdır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.