Roma Papası katolik dünyasını şoka salıb
21 dekabr, 2012 12:58
Roma Papası 16-cı Benediktin Böyük Britaniyanın “Financial Times” qəzetinə məqalə yazması katolikləri təəssüfləndirib.
ERtv.Az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, katoliklərin təəssüfləndirən əsas məqam 16-cı Benediktin ilk dəfə olaraq, dünyəvi bir qəzetə məqalə yazmasıdır.
Məlumata görə, indiyə kimi yalnız dini nəşrlərlə əməkdaşlıq edən 16-cı Benedikt “Financial Times” qəzetinə yazdığı məqaləsində İsa Peyğəmbərin doğumuna və onun fəaliyyətinə şərh verib.
Maraqlıdır ki, “Financial Times” qəzeti 16-cı Benedikti sadəcə, Roma Baş Yepiskopu kimi təqdim edib.