Yüzlərlə insan cümə axşamı bir çoxlarının da gözlədiyi kimi, “dünyanın sonu”nun yaxınlaşmasını fürsət bilərək Argentinanın cənub-qərbində yerləşən Bariloçe şəhərindəki supermarketləri kütləvi şəkildə soyublar.
ERtv.Az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Argentinanın paytaxtında isə sol qüvvələrin radikal ab-havaya köklənmiş təmsilçiləri şəhərin mərkəzindəki yolu bağlayıblar, avtomobil şinlərini yandıraraq, hər yeri tüstüyə bürüyüblər.
Polisin məlumatına görə, Bariloçedə iki supermarketin bütün elektrotexnika məhsulları bayıra daşınaraq oğurlanıb, geyim və digər ərzaq məhsulları oğurlanıb.
İnsidentlər nəticəsində xəsarət alanlar və həbs olunanlar olmasa da, ölkə rəhbəri həmin əraziyə federal hüquq-mühafizə keşikçilərinin göndərilməsi barədə tapşırıq verib. Polis mərkəzə gedən əsas yollara məhdudiyyətlər qoyub.