Xəbərlər

“İçərişəhər” Yeni ilə xüsusi hazırlaşır
21 dekabr, 2012 12:57

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər il olduğu kimi Yeni il bayramına xüsusi hazırlıq işləri həyata keçirir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən ERtv.Az-a verilən məlumata görə, bayram günlərində İçərişəhərdə böyük insan axının, o cümlədən şəhərimizin qonaqlarının olacağını nəzərə alaraq, zəngin mədəniyyətimizin təbliği məqsədi ilə tərtibat və dekorasiya işlərində maddi irsimizin nümunələrindən geniş istifadə olunur.

Qız qalasının qarşısındakı yaşıllıq sahəsi milli ornamentimiz elementi olan butalar şəklində işıqlandırılıb, yaxınlıqda quraşdırılmış dekorativ şam ağacı isə Azərbaycan xalçalarının ənənəvi naxışları ilə bəzədilib.

Hündürlüyü 10 metrə çatan şam ağacı günün işıqlı vaxtı Azərbaycanın bütün xalçaçılıq məktəblərinin nümunələrini əyani şəkildə özündə əks etdirəcək, gecə vaxtı isə xalça naxışlarının sayrışması bayram əhval-ruhiyyəsi yaradacaq.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi olaraq hamını qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib və bayram günlərində İçərişəhərə gəlməyi dəvət edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.