Xəbərlər

Prezident Azərbaycan ilə bir sıra ölkələr arasında imzalanmış sənədləri təsdiq edib
20 dekabr, 2012 15:35

Prezident İlham Əliyev Azərbaycan ilə bir sıra ölkələr arasında imzalanmış sənədlərin təsdiq edilməsi haqqında müvafiq fərmanlar imzalayıb.

ERtv.Az xəbər verir ki, bu sənədlər arasında 2012-ci il noyabrın 7-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları üzrə Əməkdaşlıq Memorandumu", 2012-ci il noyabrın 15-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Çeçen Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi- texniki və mədəni əməkdaşlıq haqqında Saziş", Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında 2012-ci il oktyabrın 12-də Bakı şəhərində imzalanmış sənədlər, 2012-ci il sentyabrın 28-də Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu" və 2012-ci il oktyabrın 9-da Budapeşt şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında təhsil, elm və mədəniyyət üzrə əməkdaşlığa dair Saziş" var.

Dövlət başçısı, həmçinin 2012-ci il noyabrın 5-də Roma şəhərində imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və İtaliya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş", 2012-ci il oktyabrın 18-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bosniya və Herseqovinanın Mülki İşlər Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş", 2012-ci il oktyabrın 17-də Moskva şəhərində imzalanmış "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi arasında Azərbaycan Milli Elmlər Akademiyasına və onun bölmələrinə, Azərbaycan Respublikasının ictimai kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə Avrasiya patent-informasiya sistemindən istifadəyə icazə verilməsi haqqında Saziş", 2012-ci il iyulun 13-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2012-2015-ci illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Saziş", 2012-ci il sentyabrın 6-da Ştutqart şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı", 2012-ci il sentyabrın 17-də Vilnüs şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Litva Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" və 2012-ci il sentyabrın 19-da Vyana şəhərində imzalanmış "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avstriya Respublikasının Əmək, Sosial Məsələlər və İstehlakçıların Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu təsdiq edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.