Gürcüstanda “SOCAR” brendi ilə fəaliyyət göstərən daha iki yanacaqdoldurma kompleksinin açılışı keçirilib.
ERtv.Az Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, YDM-lərdən biri Senaki rayonunun Teklatı qəsəbəsində yerləşır.
Tbilisi-Rustavi yolunda gömrük terminalı zonasının qarşısında açılmış digər “SOCAR” brendlı yanacaqdoldurma məntəqəsi isə Gürcüstanda ilk kombinə olunmuş çoxfunksiyalı YDM-dir.
Kompleksdə dünyanın aparıcı brendlərindən sayılan “Galileo”nun kompressor və qazpaylayıcı kolonkası quraşdırılıb ki, bu da avtomobilləri yüksək texnologiyalı, ekoloji təmiz təbii qazla təchiz etməyə imkan verəcək.
Kompressor yanğın əleyhinə ən yeni mühafizə texnologiyaları ilə təchiz olunmuş mikroboksda yerləşdirilib.
Qeyd edək ki, artıq Gürcüstanda “SOCAR” brendi altında 98 YDM fəaliyyət göstərir. Bu ilin sonuna kimi bu YDM-lərin sayı 100-ə çatdırılacaq.