Bu gün Azərbaycanda ilk dəfə olaraq Respublika Müalicə Diaqnostika Mərkəzində unikal cərrahi əməliyyat keçirilib.
Səhiyyə Nazirliyindən ERtv.Az-a verilən məlumata görə, rəyin işemik xəstəliyindən əziyyət çəkən xəstənin tac damarına tam əriyən stent (scaffold) implantasiya edilib.
Əməliyyatı ürək-damar cərrahı, tibb elmləri namizədi Dr. Rəşad Mahmudovun rəhbərliyi altında invaziv kardioloq tibb elmləri namizədi Dr. Şahin Xəlilov tərəfindən həyata keçirilib.
Qurumdan bildirilib ki, tam əriyən stent (scaffold) Abbot Vascular (ABŞ) şirkəti tərəfindən icad edilib.
Aparılan tədqiqatlar bu yeni stentlərin metalik stentlərə nəzərən bir çox üstünlüyə malik olduğunu sübut edib.
Scaffold bir adi metallic stent kimi öz funksiyasını yerinə yetirir, yəni damarın keçiriciliyini bərpa edir.
2 il müddətində isə scaffold tamamilə əriyərək damarın ilkin sağlam vəziyyətinə qayıtmasını təmin edir. Scaffold implantasiyası xüsusən cavan xəstələr üçün çox əlverişlidir.
Tibb sahəsindəki aparıcı mütəxəssislərin hesablamalarına görə tam əriyən stentlər bir neçə il ərzində metallik stentləri tamamilə əvəz edəcək.