Taekvondo üzrə Azərbaycan Çempionatı başladı
20 dekabr, 2012 11:18
Bu gün “ABU Arena” idman kompleksində taekvondo üzrə Azərbaycan Çempionatı start götürür.
ERtv.Az-ın verdiyi xəbərə görə, Azərbaycan Taekvondo Federasiyasının məsul katibi Cəlal Səfərov yarışda ölkəmizin müxtəlif idman klublarını, regionlarını təmsil edən 500-dən çox idmançının iştirak etdiyini bildirib.
Ümumi olaraq, yarışda 33 medal uğrunda mübarizə aparılacaq. Bu gün gənclər və qızlar arasında 7 çəki dərəcəsində qaliblərin adlarının məlum olacağı gözlənilir.