Xəbərlər

İlham Əliyev Çinin Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsi sədrinin müavinini qəbul edib
17 dekabr, 2012 15:25

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ERtv.Az xəbər verir ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının dost dövlətlər olduğunu vurğulayan Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığımızın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi və ölkələrimizin dostluq və tərəfdaşlıq əlaqələrini davam etdirmək əzmində olduğunu dedi.

Dövlətimizin başçısı Çin şirkətlərinin Azərbaycana olan marağının önəmini qeyd etdi. Enerji sektorunda əməkdaşlığın razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev nəqliyyat sahəsində də əlaqələrin yaxşı perspektivlərə malik olduğunu dedi.

Dövlətimizin başçısı Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçenin Azərbaycana səfərinin ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Bay Liçen Çin Xalq Respublikasının Sədri Hu Szintaonun və Çin Kommunist Partiyasının baş katibi Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycan ilə Çin arasında dostluq əlaqələrinin uzun tarixə malik olduğunu vurğulayan Bay Liçen bu səfərin Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əlaqələrin və xalqlarımızın arasında dostluq münasibətlərinin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.

Dövlətimizin başçısı Hu Szintaonun və Si Cinpinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çin Xalq Respublikasının Sədrinə və Çin Kommunist Partiyasının baş katibinə çatdırmağı xahiş etdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.