İlham Əliyev Bolqarıstanın keçmiş Prezidentini qəbul edib
17 dekabr, 2012 15:24
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovu qəbul edib.
ERtv.Az xəbər verir ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi.