Xəbərlər

Azərbaycanda bir sıra yeni silah növləri yaradılıb
17 dekabr, 2012 14:22

Azərbaycanda NATO standartlarına cavab verən 7.62x51 çaplı yeni snayper tüfəngi yaradılıb.

ERtv.Az-ın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Onun sözlərinə görə, tüfəngin atış məsafəsi 1000 metr, maqazin tutumu 10 güllə, çəkisi isə 7,1 kiloqramdır.

Bundan əlavə “Yalquzaq” adı ilə yeni pulemyot istehsal olunduğunu da deyən nazirin sözlərinə görə, bu pulemyot əsasən kəşfiyyat və xüsusi təyinatlıların aktiv döyüş aparması üçün nəzərdə tutulub.

Pulemyotun atış məsafəsi 380 metr, çəkisi 7 kiloqram, uzunluğu isə 1080 mm-dir.

Y.Camalov qeyd edib ki, bundan əlavə 14.5 snayper tüfənginin təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülüb:

“Apardığımız təkmilləşdirmə işləri sayəsində snayperin tüfənginin çəkisi 35 kq-dan 28 kq-a endirilib və bir sıra texniki dəyişiklər aparılıb”.

Y.Camalov həmçinin qeyd edib ki, yerli müəssisələrdə dağlıq ərazilərdə döyüş aparmaq üçün çantada daşınan bir lüləli, iki lüləli və üç lüləli reaktiv qurğular hazırlanıb.

Nazir yeni 60 və 82 mm-lik uzaq məsafəli minaatanların yaradıldığını da diqqətə çatdırıb:

“Əgər 60 mm-lik minaatan ilə biz 1600 metr məsafədə hədəfi məhv edirdiksə, indi artıq 4 min metrə qədər məsafədə hədəfi məhv etmək mümkündür. Eləcə də 82 mm-lik minaatan ilə hədəf 2500-də məhv edilirdisə, indi 5 min metr məsafədə hədəfləri məhv etmək qabiliyyətinə malik olan qurğu yaradılıb”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.