Xəbərlər

“İrəli” ABŞ səfirliyinə başsağlığı məktubu ünvanlayıb
17 dekabr, 2012 13:19

“İrəli” İctimai Birliyi ABŞ-ın Azərbaycandakı səfirliyinə başsağlığı verib.

ERtv.Az xəbər verir ki, başsağlığı 14 dekabr tarixində ABŞ-ın Konnektikut ştatında baş verən və əksəriyyəti azyaşlı uşaqlar olmaqla 27 nəfərin ölümünə səbəb olan faciəvi terror hadisəsi ilə əlaqədardır.

“İrəli” İctimai Birliyinin fəalları tərəfindən səfirliyin nümayəndəsinə təqdim olunan məktubda bu çətin gündə həlak olanların qohumlarına, yaxınlarına, bütün ABŞ xalqına təşkilat adından başsağlığı, yaralıların isə tezliklə şəfa tapması diləyi öz əksini tapıb.

Məktubda həmçinin qeyd olunub ki, “İrəli” İctimai Birliyi öz ətrafında minlərlə gənci birləşdirməklə, bu gün Azərbaycanda ən böyük gənclər təşkilatlarından biridir:

“Azərbaycan gəncləri olaraq terroru qınayır və müxtəlif vasitələrlə dünya ictimaiyyətinə bu terror aktlarının çatdırılması, ədalətin bərqərar olunması uğrunda əlindən gələni edəcəyik”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.