35 gənc həkim Türkiyənin klinikalarında ixtisasartırma kurslarına göndərilib
17 dekabr, 2012 13:19
35 gənc mütəxəssis Türkiyənin aparıcı klinikalarına səhiyyənin prioritet sahələri üzrə ixtisasartırma kurslarına göndərilib.
Səhiyyə Nazirliyindən ERtv.Az-a verilən məlumata görə, xarici ölkələrdə yüksək səviyyəli tibb mütəxəssislərinin hazırlanması Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir:
“Tibb mütəxəssislərinin və gənc kadrların xarici ölkələrdə ixtisaslarının artırması istiqamətində işlər davam etdiriləcək”.