Ruslan Abışov xarici kluba transfer oluna bilər
17 dekabr, 2012 12:18
Düşünürəm ki, Rauf Əliyev Azərbaycan yığmasında ilin ən yaxşı futbolçusu adını almağa məndən daha layiq idi.
ERtv.Az xəbər verir ki, bunu 2012-ci ildə Azərbaycan yığmasının ən yaxşı futbolçusu adına layiq görülən Ruslan Abışov deyib.
Ona səs verənlərə minnətdarlıq bildirən R.Abışov, bunun gələcək oyunlara həvəsləndirəcəyini qeyd edib.
R.Abışov bildirib ki, xarici klubların birinə transfer olunmaq istəyir.
“Mən xarici klubların birinə transfer olunmaq istərdim və hal-hazırda buna yaxınam”.