Pekində Ümumdünya İntellektual Oyunlar davam edir.
ERtv.Az xəbər verir ki, şahmat-blist turnirinin 9-cu turunda Şəhriyar Məmmədyarov erməni Levon Aronyanla heç-heçə oynayıb.
Teymur Rəcəbov və Baadur Jobava (Gürcüstan) qarşılaşmasında da qalib müəyyən olunmayıb.
10-cu turda Ş.Məmmədyarov moldovalı Viktor Boloqana qalib gəlib, T.Rəcəbov isə Hollandiyadan olan Anişa Qiri ilə sülh bağlayıb. 11-ci turda Ş.Məmmədyarov rusiyalı Sergey Karyakinlə heç-heçə oynayıb, T.Rəcəbov isə fransız Loran Fressinə məğlub olub. 12-ci turda Ş.Məmmədyarov macar Peter Leko ilə sülh bağlayıb, T.Rəcəbov isə amerikalı Qata Kamskiyə yenilib. 13-cü turda T.Rəcəbov çinli Dinq Lirenə, Ş.Məmmədyarov isə Van Xaoya qalib gəlib. 14-cü turda həmyerlilərimiz bir-biri ilə qarşılaşıblar və görüş heç-heçə başa çatıb.
Təəssüflər olsun ki, yekun 15-ci turda Məmmədyarov rusiyalı Aleksandr Morozoviçə, Rəcəbov isə digər Rusiya təmsilçisi Aleksandr Qrişuka uduzub.
Nəticədə Məmmədyarov 9 xalla 3-cü olub, Rəcəbov isə 5,5 xalla 13-dür. İntellektual oyunların qalibi 11 xalla lider olan ABŞ şahmatçısı Hikaru Nakamurudur.
Blits turnirində 16 şahmatçı 15 tur keçirir.