Bu günə kimi Bakı-Böyük Kəsik istiqamətində yolun 50%-i, yəni 158,5 km yol əsaslı təmir olunub.
ERtv.Az-ın “Azərbaycan Dəmir yolları” QSC-yə istinadən verdiyi xəbərə görə, Səngəçal-Qaradağ mənzilində 5,5 km yol əsaslı təmir olunur.
Səhər saatlarında işə başlanılıb və köhnə yolun söküntüsü davam edir.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib.
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə edir.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı