Dekabrın 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 457 min 207-ə çatıb.
Ertv.Az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, onlardan 1 milyon 439 min 264-ü əhali, 17 min 943-ü qeyri-əhali abonentidir.
Bu abonentlərin 65 min 6211-i Bakı şəhəri (646 min 635 əhali, 9 min 576 qeyri-əhali abonenti), 800 min 996-sı isə regionların (792 min 629 əhali, 8 min 367 qeyri-əhali abonenti) payına düşür.
Ümumilikdə, 1 milyon 456 min 291 abonent (99,9 faiz) sayğaclaşdırılıb ki, bunların da 1 milyon 438 min 348-i əhali (99,9 faiz), 17 min 943-ü qeyri-əhali (100 faiz) istehlakçılarıdır.
Sayğaclaşdırmanın nisbətinə gəlincə, Bakı şəhəri üzrə 646 min 049 əhali abonenti (99,9 faiz), 9 min 576 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 792 min 299 əhali abonenti (100 faiz) və 8 min 367 qeyri-əhali abonenti (100 faiz) sayğaclaşdırılıb.
Ümumilikdə, Bakı şəhəri üzrə 655 min 625 abonent (99,9 faiz), regionlar üzrə isə 800 min 666 abonent (100 faiz) sayğacla təmin olunub.
Ötən müddətdə əhali abonentlərinin mənzillərində təxminən 540 mindən artıq “smart-kart” tipli sayğac quraşdırılıb.