Sahibsiz heyvanların “FRIENDS” sığınacaq evi yeni il qabağı xeyriyyə yarmarkası və “Bəyaz və yumşaqlar” heyvan sərgisi keçirir.
ERtv.Az-ın verdiyi xəbərə görə, sərgi dekabrın 16-da 28 May küçəsi, 5-də yerləşən “Anglo-american business services” mərkəzində keçiriləcək.
Həmin gün saat 13:00-dan 18:00-dək qonaqlar öz xeyirxah sahiblərini axtaran pişik və itlərin sərgisinə baxa bilər, öz yaxınlarına hədiyyə kimi verə biləcəkləri müəllif məhsullarını əldə edə bilərlər.
Aksiyada həm də sığınacaqda saxlanılan heyvanlar üçün burunduqlar, xaltalar, heyvanların saxlanılması üçün müxtəlif vasitələr, quru yemlər, daraqlar, oyuncaqlar və başqa zooməhsulların bağışlanılması, bukletlərin və heyvanlar haqqında kağızların paylanılması, “Sahibsiz heyvanlar haradan yaranır?” mövzusunda sosial sorğunun keçirilməsi nəzərdə tutulub.
Bu tədbirdən ən çox zövq alan uşaqlar olacaq. Təşkilatçılar onlar üçün yarışmalar və hədiyyələr ilə əyləncə proqramı hazırlamağı planlaşdırıblar.
Mərkəz 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşir.
Əlaqə telefonları: 0505976923 / 0504803322.
Hər kəsi burada görməyə şad olarıq!