Sabah Bakıda və Abşeron yarımadasında günün ikinci yarısında buludluluğun tədricən artacağı, axşama doğru yağış yağacağı gözlənilir.
Bu barədə ERtv.Az-a məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib. Məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-9, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Hava şəraitinin qısa icmalına görə, dekabrın 13-ü axşamdan ölkə ərazisində hava şəraitinin soyuyacağı, ayın 14-dən 18-dək temperaturun 8-10 dərəcə aşağı enəcəyi gözlənilir.