“Bakı” klubunun sabiq futbolçusu azadlığa çıxır
12 dekabr, 2012 11:24
Futbol üzrə Gürcüstan yığmasının hücumçusu olmuş Georgi Demetradze bu gün amnistiya ilə azadlığa çıxır.
ERtv.Az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Georgi Demetradze 2011-ci ilin yazından həbsdə olub.
O, kriminal avtoritetlə birgə gizli qumarxanada iştirak etdiyinə görə, 6 illik həbsə məhkum olunub.
Qeyd edək ki, Georgi Demetradze bir müddət “Bakı” klubunda da oynayıb və bu heyətin tərkibində Azərbaycan çempionu olub. Bundan əlavə, o, Kiyev “Dinamo”sunun tərkibində Çempionlar Liqasında, Hollandiyanın, İspaniyanın, Rusiyanın klublarında oynayıb.