İlham Əliyev Finlandiya Prezidentini təbrik edib
07 dekabr, 2012 10:24
Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb.
ERtv.Az xəbər verir ki, məktubda deyilir:
"Finlandiya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Finlandiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi və inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev Sauli Niinistöyə ən xoş arzularını yetirib, dost Finlandiya xalqına sülh və rifah diləyib.