“Müsəlman qardaşları”nın mənzil-qərargahı yandırıldı
07 dekabr, 2012 09:18
Misirin “Müsəlman qardaşları” partiyasının Qahirədə yerləşən baş ofisində bir qrup insanın oraya hücumu nəticəsində yanğın baş verib.
ERtv.Az Lenta.Ru-ya istinadən xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi məlumat verib.
Binanın yandırılmasında təqribən 200 nəfər iştirak edib. Polisin məlumatına görə, onları binadan uzaqlaşdırmaq mümkün olub. Bununla yanaşı, hüquq-mühafizə orqanları əməkdaşları gözyaşardıcı qaz tətbiq ediblər.