Metroda bədbəxt hadisə baş verib
07 dekabr, 2012 09:18
Bir neçə dəqiqə bundan əvvəl Bakı metropoliteninin “Nizami” stansiyasında bədbəxt hadisə baş verib.
ERtv.Az-ın hadisənin şahidi olan müxbirinin dediyinə görə, peronda qatarın gəlməsini gözləyən 24-25 yaşlarında bir gənc, stansiyada olan güzgüyə baxarkən, arxadan gələn qatar onu başından vurub.
Hadisə şahidinin dediyinə görə, maşinist qatarı saxlamağa cəhd etsə də, bu alınmayıb.
Nəticədə gənc oğlan başından xəsarət alıb və xəstəxanaya aparılıb.