Ağdaş və Ağcabədi rayonlarına yeni prokurorlar təyin edilib
07 dekabr, 2012 09:17
Azərbaycanın bir neçə rayonuna yeni prokurorlar təyin edilib.
Bu barədə ERtv.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Bakı Şəhər Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Seyfəddin Abdullayev tutduğu vəzifədən azad edilərək Ağdaş rayon, Salman Səmədov isə Ağcabədi rayon prokuroru vəzifələrinə təyin ediliblər.